XƏBƏRLƏR
MƏLUMAT
2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan konfrans-konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/02/2025 15:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu Gənclər Evində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan konfrans-konsert keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri və rayon gəncləri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olub və hazırda da günü-gündən artmaqdadır. Ulu Öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi   qayğının bir təzahürü  kimi fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub.

Daha sonra Sabunçu Gənclər Evi tərəfindən rayonun fəal gəncləri fəxri fərman ilə təltif olunublar.

Sonda M.Ə.Sabir adına Mədəniyyət Evinin və Pirşağı qəsəbə Mədəniyyət Evinin bədii kollektivləri konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 48