XƏBƏRLƏR
MƏLUMAT
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/01/2025 16:30

Yanvarın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə dəyirmi masa keçirilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin zabit heyəti iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Çıxış edənlər Azərbaycan gəncliyinin tarix boyu ölkəmizin inkişafında, dövlətimizin möhkəmlənməsində mühüm rol oynadığını qeyd ediblər. Müstəqillik dövründə isə gənclərimiz ölkənin hər sahəsində – siyasətdə, iqtisadiyyatda, elmdə, idmanda və mədəniyyətdə fəal iştirak edərək Azərbaycanın adını dünyada tanıdıblar.

Baxış sayı: 35