XƏBƏRLƏR
MƏLUMAT
18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün konsert proqramı təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2024 14:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində  konsert proqramı təşkil edilib.

Müəssisədə xidmət göstərilən 100-ə yaxın uşağın iştirak etdiyi konsertdə tanınmış müğənni Rüfət Axundov və digər ifaçılar musiqi nömrələri ilə çıxış ediblər.

Əyləncəli proqram azyaşlıların sevincinə səbəb olub və onlarda xoş təəssüratlar yaradıb.

Qeyd edək ki, tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial adaptasiyasına dəstək olmaqdır.

Baxış sayı: 94