XƏBƏRLƏR
MƏLUMAT
“17 Noyabr - xalqımızın milli azadlıq hərəkatının başlanğıc günü” mövzusunda tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2025 17:14

Bakı Şəhər Mədəniyyət İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “17 Noyabr - xalqımızın milli azadlıq hərəkatının başlanğıc günü” mövzusunda tədbir keçirilib. 

Milli Dirçəliş Gününə həsr olunmuş tədbirdə 1 Nömrəli Tibb Kollecinin tələbələri və 13 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğu bildirilib və dirçəliş hərəkatının öyrənilməsinin, onun bu günkü və gələcək nəslə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Daha sonra “Heydər Əliyev və xalqın azadlıq tarixi” mövzusunda məruzə dinlənilib.

Çıxış edənlər Milli Dirçəliş Gününün tarixi  əhəmiyyətindən, dövlət müstəqilliyinin bərpa olunmasından, Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində xidmətlərindən bəhs ediblər.

Sonda mövzu ilə əlaqədar videoçarx təqdim olunub.

Baxış sayı: 20