XƏBƏRLƏR
MƏLUMAT
17 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
17/12/2025 14:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 17 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Meray Məmmədova İspaniyada onlayn keçirilən V Beynəlxalq İncəsənət Müsabiqəsində iştirak edərək II yerə layiq görülüb.

Həmçinin Meray Məmmədova Qazaxstan Respublikasında onlayn keçirilən “Ты Звезда” adlı VI Beynəlxalq Festival Müsabiqədə iştirak edib. O, fortepiano nominasiyasında 10-12 yaş kateqoriyası üzrə çıxış edərək I dərəcəli laureat adına layiq görülüb.

Şagirdin müəllimi Leyla İsrafilovaya isə Təşəkkürnamə təqdim olunub.

Baxış sayı: 19