XƏBƏRLƏR
MƏLUMAT
17 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2023 01:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 17 nömrəli uşaq musiqi məktəbinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti keçirilib. Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçən konsert, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Tədbirdə çıxış edənlər Ulu Öndərin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Konsertdə çıxış edən şagirdlər müxtəlif musiqi  alətlərində Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə ifa ediblər.

Baxış sayı: 310