XƏBƏRLƏR
MƏLUMAT
17 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2025 12:40

Mayın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 17 nömrəli Uşaq Musiqi Məktəbi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti təqdim edib.

Konsert  Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Nazim Əliverdibəyovun “Ay Xəzər” xor əsəri ilə açıq elan edilib.

Daha sonra Azərbaycan və dünya bəstəkarlarının əsərləri məktəbin şagirdləri tərəfindən yüksək səviyyədə ifa edilib.

Baxış sayı: 64