XƏBƏRLƏR
MƏLUMAT
“15 oktyabr - Azərbaycanın suverenliyinin tam bərpa olunduğu gün” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/10/2024 11:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və YAP Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə “15 oktyabr - Azərbaycanın suverenliyinin tam bərpa olunduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbir Prezidentİlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Dövlət Bayrağının ucaldılması ildönümünə həsr olunub.

İlk öncə qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və müəllimlər iştirak ediblər.

Çıxışçılar qeyd ediblər ki, oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşadıb. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını reallaşdırıb. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan edib ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Baxış sayı: 309