XƏBƏRLƏR
MƏLUMAT
15 may - Beynəlxalq Ailə Günü ilə bağlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2024 10:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Zığ qəsəbə Mədəniyyət evi və Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı dəyirmi masa keçirilib.

Tədbirdə milli-mənəvi və ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, sağlam həyat tərzi və digər mövzulardan bəhs edilib.

Baxış sayı: 176