XƏBƏRLƏR
MƏLUMAT
15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş sinif konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/06/2024 10:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimləri Elvira Refizadə və Arzu Mehdiyevanın şagirdlərinin 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş sinif konserti keçirilib.

Niyazinin mənzil-muzeyində keçirilən tədbirdə çıxış edənlər  15 iyunun Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını və ölkənin iqtisadi, siyasi, hərbi inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd ediblər. Sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Konsertdə məktəbin şagirdləri Azərbaycan və  xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

Baxış sayı: 179