XƏBƏRLƏR
MƏLUMAT
15 İyun-Milli Qurtuluş Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/06/2024 10:25

Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü ilin 15 iyunundan bizi 31 illik zaman ayırır. Bu, Azərbaycan xalqı üçün sadəcə, təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə malik bir gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyulub.

Azərbaycan xalqı artıq dörd ildir ki, Milli Qurtuluş Gününü qalib xalq kimi yüksək əhvali-ruhiyyə və milli qürur hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Ordumuz 30 il davam edən işğala 44 gündə son qoyub. Eləcə də uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olunub.

Baxış sayı: 73