XƏBƏRLƏR
MƏLUMAT
15 Aprel - Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2023 02:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Axundov adına Mədəniyyət evində 15 Aprel - Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirin əvvəlində Mədəniyyət evinin foyesində təşkil olunmuş qurama və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra 15 Aprel - Beynəlxalq Mədəniyyət Günü haqqında məlumat verilib. Çıxışlar zamanı Azərbaycan mədəniyyətinin çoxşaxəliliyindən və özünəməxsusluğundan, respublikamızda mədəniyyətimizin inkişafı və qədim adət-ənənələrimizin qorunub saxlanması naminə görülən işlərdən bəhs edilib.

Bədii hissədə Mədəniyyət evinin  "Sidqi Ruhulla" adına özfəaliyyət dram dərnəyinin üzvləri "Bəxtiyar" komediya filmindən səhnəcik təqdim edib. Sonra "Şəms" instrumental ansamblı, "Xəzər" xalq çalğı alətləri ansamblının solistləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Şirəli Məmmədov, AYB-nin Xəzər bölməsinin üzvü, şair Zaur Rəxşan çıxış ediblər.

Baxış sayı: 207