XƏBƏRLƏR
MƏLUMAT
14 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
19/06/2025 09:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 14 nömrəli Uşaq Musiqi Məktəbi V.Mustafazadə adına Mədəniyyət Mərkəzində hesabat konserti təqdim edib.

Konsertdə məktəbin nağara ansamblı “Azərbaycan ritmləri”, xor kollektivi Cahangir Cahangirovun  “Azərbaycan” mahnıları ilə çıxış ediblər.

Məktəbin istedadlı şagirdləri Səid Rüstəmovun “Gəlmədin, Süleyman Ələsgərovun “Vətənimdir”, Asəf Zeynallının  “Rəqs”, Ravinanın “Harmonik etüd” və digər Azərbaycan, xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.

Baxış sayı: 32