XƏBƏRLƏR
MƏLUMAT
“14 iyul -Müasir Azərbaycan tarixinin dönüş mərhələsi “ adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/07/2024 11:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal Rayon Heydər Əliyev Mərkəzi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55-ci ildönümünə həsr olunmuş “14 iyul -Müasir Azərbaycan tarixinin dönüş mərhələsi“ adlı tədbir keçirilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə  rəsmilər, ictimaiyyət nümayəndələri, müharibə veteranları, şəhid ailələri, kitabxana əməkdaşları iştirak ediblər.

Öncə qonaqlar Mərkəzin muzey bölməsində  Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Çıxışçılar Ulu Öndər Heydər Əliyevin  hələ 1969-1982-ci illərdə rəhbər olduğu dövrlərdə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi-iqtisadi əsaslarını yaratdığını bildiriblər.

Heydər Əliyevin ilk hakimiyyətə gəlişi ilə  iqtisadi tənəzzülün dayandırılmasından və Azərbaycanın daha yeni formada Ümummilli lider tərəfindən əhatəli quruculuq yoluna qədəm qoymasından danışıblar.

Daha sonra “14 iyul - Müasir Azərbaycan tarixinin dönüş mərhələsi “  adlı mühazirə dinlənilib.

Sonda Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdəki fəaliyyətini əks etdirən film nümayiş olunub.

 

Baxış sayı: 302