XƏBƏRLƏR
MƏLUMAT
“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/07/2023 07:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” adlı tədbir keçirilib.

İlk öncə qonaqlar Mərkəzin Muzey bölməsində yerləşən Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib. Daha sonra Mərkəzin foyesində dahi şəxsiyyətin şərəfli ömür yolu və siyasi fəaliyyətini əks etdirən sərgiyə baxış keçiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyət dövrünü əks etdirən film nümayiş olunub.

Tədbir çıxışçıları müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu ilin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu və Ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını qeyd ediblər.

Baxış sayı: 202