XƏBƏRLƏR
MƏLUMAT
14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
14/02/2024 09:39

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü (International Book Giving Day) – təqvimdə ən gənc bayramlardandır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Bu bayram 2012-ci ildə özünün meydana gəlməsində ABŞ-da məşhur Delightful Children’s Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmura borcludur. Bu ideyanı ona balaca oğlu verib. O, anasından soruşmuşdur ki, niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün yoxdur. Öncə Emmi Brodmur internet şəbəkəsində müxtəlif insanlara bu təşəbbüsə qoşulmağı təklif edib. İki il ərzində bu təşəbbüs dünyada dəstək qazanıb və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir.

Hər il minlərlə kitablar həm oxunur, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola salınır və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Baxış sayı: 299