XƏBƏRLƏR
MƏLUMAT
Beynəlxalq Gənclər Günü münasibətilə ekskursiya təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
11/08/2023 09:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası gənc oxuçularla birgə 12 avqust - Beynəlxalq Gənclər Günü münasibəti ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinə ekskursiya təşkil edib.

İlk öncə ekskursiya iştirakçıları mərkəzin şöbələri ilə tanış olublar. Sonra mərkəzdə iştirakçılara müxtəlif peşə təlimləri, ustad dərsləri, təhsil və təcrübə proqramları, gənclərin əlavə bilik və bacarıqlara nail olmaları üçün keçirdikləri görüşlər, seminarlar barədə ətraflı məlumat verilib.

Sonra iştirakçıların sualları cavablandırılıb, həmçinin gənclər üçün fəaliyyət göstərən proqramlarda iştirak etmək üçün oxuçular qeydiyyatdan keçiblər.

Ekskursiya çərçivəsində bilik yarışması keçirilib və qalib komandaya hədiyyələr təqdim olunub.

 

Baxış sayı: 155