XƏBƏRLƏR
MƏLUMAT
11 Dekabr-Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
11/12/2023 09:42

Ötən əsrin sonlarından BMT tərəfindən hər il dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunub. BMT Uşaq Fondunun (YUNİSEF) təşəbbüsü ilə 1994-cü ilin aprelində Kann şəhərində təsis olunub.

Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanmış “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: “Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilib”.

Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşuqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Ulu Öndərimiz Heydər Əliyev həmişə uşaqların bu əlamətdar günündə onlarla bir yerdə olmağı çox sevirdi. Heydər Əliyev Uşaqların Beynəlxalq Televiziya və Radio Günü ilə əlaqədar onların hazırladığı mərasimdə iştirak etməkdən böyük zövq alırdı. Fərəhlə demək olar ki, uşaq və gənclərə göstərilən diqqətin, qayğının daha da artırılmasında ölkə Prezidenti İlham Əliyevin xidməti çoxdur.

Baxış sayı: 247