XƏBƏRLƏR
MƏLUMAT
"1001 Gülüş" adlı konsert proqramı nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2025 12:09

Aprelin 29 -da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzində "Qonşular" Estrada teatrının təqdimatında "1001 Gülüş" adlı konsert proqramı nümayiş olunub.

Aktyor heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət olan teatr yeni fəaliyyətə başlayıb. Gənc aktyorların iştirakı ilə hazırlanan tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri Murad Hacızadə, rejissoru Hüseyn Rzayevdir.

Baxış sayı: 310