XƏBƏRLƏR
MƏLUMAT
10 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2025 17:08

İyunun 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 10 nömrəli Uşaq Musiqi Məktəbində 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirilib. 

Tədbirdə ilk öncə vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə ilboyu müxtəlif müsabiqələrdə laureat olmuş şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 61