Bu gün Azərbaycan teatrı yaranmasının 152-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.
Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar.
Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub.
O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb.
Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir. Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir.
Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər.
Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib