XƏBƏRLƏR
MƏLUMAT
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə ahıl oxucular ziyarət edilib
ÜMÜMİ XƏBƏRLƏR
01/10/2024 16:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 və 3 nömrəli kitabxana filialları Beynəlxalq Ahıllar Günü münasibətilə ahıl oxucuları ziyarət edib.

Söhbət zamanı çıxışçılar hər il oktyabrın 1-i ölkəmizdə Beynəlxalq Ahıllar Gününün qeyd olunduğunu diqqətə çatdırıblar. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunmasının ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını və Azərbaycanda da ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını qeyd ediblər.

Sonda kitabxana tərəfindən onlara kitablar hədiyyə edilib.

Baxış sayı: 84