XƏBƏRLƏR
MƏLUMAT
1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2024 14:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bilgəh qəsəbə Mədəniyyət Evinin kollektivi Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəblə birgə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı uşaqlar mahnılar və şeirlər səsləndirib, rəqslər ifa ediblər.

Baxış sayı: 121