XƏBƏRLƏR
MƏLUMAT
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn interaktiv tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/06/2020 00:56

İyunun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün internet üzərindən interaktiv tədbir keçirilib.

Əyləncəli, intellektual və teatrlaşdırılmış tədbir Bakı Uşaq və Gənclər Teatrının “Facebook” hesabından canlı yayımlanıb.

Tədbir zamanı tamaşalardan parçalar, şeir, musiqi nömrələri təqdim edilib, Azərbaycanın ən məşhur illüzionisti Sehirbaz Tofiq əmi isə maraqlı illuziya nömrələri ilə çıxış edib.

Tamaşaçılar rəy bölməsində aktiv iştirak edərək verilən sualları cavablandırıb hədiyyələr qazanıblar.

Baxış sayı: 503