XƏBƏRLƏR
MƏLUMAT
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə musiqili tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2024 17:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənlərlə İş üzrə Mərkəzin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Filarmoniya bağında musiqili tədbir keçirilib.

Tədbir çərçivəsində nəfəs alətləri ansamblının müşaiyəti ilə Bakı turu baş tutub. Daha sonra rəsm sərgisi, kukla tamaşası, konsert proqramı təqdim edilib.

Tədbirdə 2, 6, 7, 35 nömrəli Uşaq Musiqi və İncəsənət Məktəbləri, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, F.Hacıyeva adına Yaradıcılıq Mərkəzi, Makoi Art Studio, H.Abbasov adına Mədəniyyət Mərkəzinin üzvləri iştirak ediblər.

Qeyd edək ki, şəhid və qazi ailələrinin övladlarının da iştirak etdiyi tədbir geniş marağa səbəb olub.

Tədbirin sonunda Mərkəz tərəfindən iştirakçılara fəxri fərman və təşəkkürnamələr  təqdim olunub.

Baxış sayı: 231