XƏBƏRLƏR
MƏLUMAT
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbirlər keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/08/2024 11:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filialları 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbirlər keçiriblər.

Yasamal rayon MKS-nin 2 və 4 nömrəli kitabxana filialları 94 nömrəli körpələr evi-uşaq bağçasında, 3 nömrəli kitabxana filialı isə “SA kids academy” Tədris Mərkəzində tədbir təşkil edib.

Tədbirlərdə Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixindən bəhs edilib, dilimizin zənginliyindən söz açılıb.

Həmçinin uşaqlarla diskussiya aparılıb, maraqlı oyunlar təşkil edilib, uşaqlarda öz növbəsində  şeirlərlə çıxış ediblər.

Baxış sayı: 233