XƏBƏRLƏR
MƏLUMAT
Qasım bəy Zakirin 240 illiyinə həsr olunmuş videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
29/08/2024 16:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi davam edir.

Layihə çərçivəsində kitabxananın əməkdaşı Azərbaycan ədəbiyyatında realizmin görkəmli nümayəndəsi, maarifçi realist satiranın banisi Qasım bəy Zakirin 240 illik yubileyinə həsr olunmuş videoçarx təqdim edib.

Videoçarxda şairin həyat və yaradıcılığı, onun Azərbaycan ədəbiyyatında yeri, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar təqdim olunub.

Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunub:

https://www.youtube.com/watch?v=C79kYWSzqzk

Baxış sayı: 141