XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəbinin şagirdi “Gələcəyin ulduzları” gənc pianoçuların musiqi və incəsənət festivalında iştirak edəcək
ÜMÜMİ XƏBƏRLƏR
06/10/2023 06:26

Oktyabrın 7-də UNESCO-nun rəhbərliyi ilə Gürcüstan Respublikasının Batumi şəhərində “Gələcəyin ulduzları” gənc pianoçuların musiqi və incəsənət festivalı keçiriləcək.

Festivalda Azərbaycanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin X sinif şagirdi, Prezident təqaüdçüsü Cəmil Sədizadə (müəllim Əməkdar Mədəniyyət İşçisi Tamilla Məmmədova) təmsil edəcək.

Baxış sayı: 410