XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanaya yeni kitab hədiyyə olunub
ÜMÜMİ XƏBƏRLƏR
05/07/2023 01:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi davam edir. Layihə çərçivəsində kitabxananın Fəxri oxucusu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əhmədova  “Abdulla Şaiqin bədii yaradıcılığı” adlı yeni kitabını kitabxanaya hədiyyə edib.

Toplu beş bölmədən ibarətdir: şeirlər, təmsillər, mənzum hekayələr, hekayələr, pyeslər.

Baxış sayı: 172