XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
ÜMÜMİ XƏBƏRLƏR
02/04/2026 17:51

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il aprelin 17-də, saat 10:00-da Ağdam Muğam Mərkəzində (ünvan: Ağdam şəhəri, Heydər Əliyev prospekti, “İmarət” küçəsi) Ağdam, Füzuli, Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il aprelin 13-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

 

Baxış sayı: 3