XƏBƏRLƏR
MƏLUMAT
Bu gün sevilən aktrisa Ülviyyə Əliyevanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/09/2022 00:56

Ülviyyə Fərhad qızı Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnistitunun “Musiqili teatr aktyorluğu” fakültəsinə daxil olub.

1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C.Məmmədquluzadə “Ölülər”də Nazlı, B.Vahabzadə “Atamın kitabı”nda Şəvkət bacı, Ə.Əmirli “Xoşbəxt gün”dəYeganə, Qabil, “Şübhəli əhvalat”da katibə, Ə.Əmirli “20 il sonra”da Ofelya, Anar “Səhra yuxuları”nda 2-ci müxbir kimi iştirak edib. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunub. Teatrda işlədiyi müddət ərzində S.Ələsgərov “Hərənin öz ulduzu” tamaşasında Ceyran, S.Fərəcov “Səhnədə məhəbbət”də müğənni qız, R.Mustafayev “Volqalı canan”da İradə, R.Hacıyev “Talelər qovuşanda”da Gülər, O.Rəcəbov “Əlin cibində olsun”da Lalə, R.Əkbər “Bəydullanın möhtəşəm toyu”nda Qiyamət, R.Mustafayev “Məsmə xala dayımdır”da Aydan, V.Adıgözəlov “Adamın adamı”nda xəbərçi Xədicə, S.Fərəcov “Bir günlük siğə”də Zöhrə, R.Mirişli “Qısqanc ürəklər”də Elya kimi rolların ifaçısı olub. O, bu obrazları özünəməxsuz ustalıqla oynayıb.

Azərbaycan Televiziyasında və “Space” kanalında bir sıra yumoristik verlişlərdə çıxış edib. İsi Məlikzadənin “Subaylarınızdan görəsininz” ssenarisi əsasında “Hərənin öz payı+tayı” filmində çəkilib.

Baxış sayı: 870