Oqtay Mirqasımov 12 iyun 1943-cü ildə Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.
Təhsilini başa vurduqdan sonra Bakıya, “Azərbaycanfilm” kinostudiyasına qayıdıb.
Oqtay Mirqasımov bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb.
Oqtay Mirqasımov 1993-2001-ciillərdə “Azərkinovideo” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 7 iyun 2018-ci ildə “Şərəf” ordeni ilə təltif edilib. 2 avqust 2018-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı ilə təltif edilib.
Oqtay Mirqasımovun filmləri yüksək estetikası, vətənpərvərlik ideyası və intellektual yükü ilə fərqlənir. Onun filmlərində baş qəhrəman xalqın özüdür, çünki məhz cəmiyyəti narahat edən problemlər kino dili ilə müxtəlif rakurslardan təqdim edilir və tamaşaçıya problemlərin həlli istiqamətində ipucu da verilir. Yəni Oqtay Mirqasımov tamaşaçıya həyatımızı əks etdirən filmlərinə düşünərək yanaşmağı, onu içindən keçirib, vətənimizin rifahı istiqamətində hər bir vətəndaşın verə biləcəyi töhfənin isə məhz milli dəyərlərə sadiq qalaraq ümumbəşəri düşünməkdən keçdiyini təlqin edir.
Ona görə də sənətkarın kino əsərləri sanki şəxsiyyət və cəmiyyət prizmasından yanaşılmış portretlər qalereyasını xatırladır. İnsanın yaşantıları, inkişafı və dünyaya münasibəti, Oqtay müəllimə xas sərt ciddilik və incə yumorla təqdim edilir: “Qara Qarayev-60” (1978-ci il), “Əmək və qızılgül” (1962-ci il), “Dəniz” (1965-ci il), “Qobustan” (1967-ci il), “Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev” (1968-ci il), “Azərbaycan haqqında etüd” (1969-cu il), “Cəfər Cabbarlı” (1969-cu il), “Gənclər festivalı” (1969-cu il), “Tatarıstanda Azərbaycan günləri” (1969-cu il), “Bakı haqqında 10 dəqiqə” (1970-ci il), “Xəzinə” (1970-ci il), “Müstəntiq və məntiq” (1971-ci il), “Gecə söhbəti” (1971-ci il), “Hörmətli alim yoldaşlar” (1971-ci il), “Nəriman Nərimanov” (1972-ci il), “1001-ci qastrol” (1974-cü il), “Rəşid Behbudov” (1975-ci il), “Əgər bir yerdəyiksə” (1975-ci il), “De ki, məni sevirsən!” (1977-ci il), “Dostluq səfəri” (1977-ci il), “Gecəniz xeyrə qalsın” (1977-ci il), “İşgüzar adamlar” (1977-ci il), “Leylək gözləyir” (1977-ci il), “Daha bir fənd” (1978-ci il), “Dantenin yubileyi” (1978-ci il), “Fənd” (1978-ci il), “Müqavilə” (1978-ci il), “Anlamaq istəyirəm” (1980-cı il), “Günlərin bir günü...” (1981-ci il), “Kallıq” (1981-ci il), “Gümüşü furqon” (1982-ci il), “Qaladan tapılan mücrü” (1982-ci il), “Əhməd haradadır?” (1983-cü il), “Qorunmağa möhtac qoruq” (1983-cü il), “Məğlubedilməzlər” (1983-cü il), “Yeddi qoyun nağılı” (1983-cü il), “Gedərgəlməz” (1984-cü il), “Vətəndaş, həkim, alim” (1984-cü il), “Cin mikrorayonda” (1985-ci il), “Cəza” (1986-cı il), “Dama dama...” (1986-cı il), “Şeytan göz qabağında” (1987-ci il), “Yenidənqurmanın işığında” (1988-ci il), “Öpürəm” (1988-ci il), “Günah” (1989-cu il), “Bir dəfə” (1990-cı il), “Azərbaycan kinosu – 80” (1996-cı il), “Kədərimiz... Vüqarımız...” (1998-ci il), “Kinorejissor Arif Babayev” (2000-ci il), “Şəhidlik zirvəsi” ( 2001-ci il), “Ovsunçu” (2002-ci il), “Mən kitabımı başlayıram” (2006-cı il), “Arzularını çəkən rəssam” (2007-ci il), “Qaşqayın son proqnozu” (2007-ci il), “Günaydın, mələyim!” (2008-ci il), “Silinməyən izlər” (2011-ci il), “Ağır illər… Xoş xatirələr” (2014-cü il), “Qisas almadan ölmə. Keçmişdən məktublar” (2014-cü il) və s. bədii, sənədli filmlərinin kinorejissoru, ssenari müəllifidir.
Oqtay Mirqasımov “Mozalan” satirik kinojurnalında da “777 №-li müəssisədə”, (1988-ci il, qısametrajlı bədii süjet-Mozalan № 129) “777 №-li sexdə” (1979-cu il) (qısametrajlı bədii süjet-Mozalan № 47), “Nəzarətin reydi “Mozalan”ın qeydi” (1977-ci il) və s. süjetlərin müəllifidir.
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək