XƏBƏRLƏR
MƏLUMAT
“Tarix yazan igidlərimiz” rubrikasında Fizuli Salahov
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2022 00:26

Fizuli Süleyman oğlu Salahov 1978-ci il aprelin 28-də indiki Şabran rayonunun Gəndov kəndində anadan olub. 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal təqdim edilib. 

2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. 2018-ci ilin fevralın 23-də ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalla təltif edilib.

Baxış sayı: 1223