Müxlis Sabir oğlu Cənizadə 1928-ci il noyabrın 26-da Bakıda anadan olub. Onların ailəsində beş uşaq (4 oğlan, 1 qız) böyüyüb. Uşaqların hər birinin incəsənətə, musiqiyə böyük həvəsi vardı. Elə buna görə də qardaşlar müxtəlif çalğı alətlərində ifa edir, sənətə, sözə böyük hörmət olan ailəyə hər gün xoş əhval-ruhiyyə yaşadıblar. Müxlisin ailəsi, doğma ocağı onu sənət dünyasına həvəsləndirən, istedadını düzgün istiqamətləndirən uğurlu yolun başlanğıcı olub. Orta məktəbi bitirən gənc 1950-ci ildə Azərbaycan Dövlət Teatr Texnikumuna daxil olur. Burada görkəmli səhnə ustaları Kazım Ziya və Sidqi Ruhulladan sevdiyi sənətin sirlərini öyrənir. Bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor kimi fəaliyyət göstərir, 1953-1963-cü illərdə isə Akademik Dram Teatrında maraqlı, diqqətçəkən obrazlar yaradır. Gənc aktyorun səhnəyə yaraşan xarici görünüşü, ahəngdar səsi, qüsursuz diksiyası oynadığı tamaşalara uğur gətirib, orijinal yaradıcılığı geniş tamaşaçı auditoriyasının diqqətini çəkib.
Dərin mütaliəsi sayəsində məsləyini daim təkmilləşdirən, sənətdə öz sözünü deyən Müxlis Cənizadə bədii qiraət ustası kimi də yaxşı tanınıb, dövrünün məşhur sənətkarlarından biri hesab olunub. Maraqlı və cəlbedici səs tembrinə, yüksək intellektinə görə istedadlı aktyor 1961-ci ildən ömrünün sonuna kimi Dövlət Teatr İnstitutunda (indiki ADMİU) pedaqoji fəaliyyət göstərib. Ümumiyyətlə, həmin illərdə müəyyən aktyor heyəti vardı ki, onların məhz yüksək səviyyəli səhnə danışığı Azərbaycan teatr, kino və dublyaj sənətinə çox uğur gətirib. Müxlis Cənizadə də aktyor texnikasının bilicisi və səhnə danışığı ustası kimi onlarla tələbəyə düzgün sənət istiqaməti göstərib, gənc istedadların özlərini sənətdə doğrultmalarına kömək edib.
Müxlis müəllim tələbələrə sevib seçdiyi sənətinin sirlərini öyrətməklə yanaşı, eyni zamanda Teatr İnstitutunun Tədris Teatrında oynanılan “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Azər” və başqa müxtəlif səpgili tamaşalara uğurlu quruluş verib. Filmlərdə səsləndirdiyi rollara böyük maraq yaradan Müxlis Cənizadə xarici filmlərin səsləndirilməsində də yaxından iştirak edib. Onu haqlı olaraq məşhur dublyaj peşəkarı adlandırırdılar. Aktyorun ahəngdar, əvəzolunmaz səs tembri bizə neçə-neçə ekran obrazlarının daxili dünyasını açıb. O, səsini obrazlara o dərəcədə doğmalaşdırırdı ki, personajın dialoq və monoloqlarının ən incə məqamlarının təfərrüatını belə fərqli improvizələri ilə çatdırırdı. Bu mənada cilalanmış səs artikulyasiyası sayəsində səsin ona məxsus olduğunu belə hiss etmədiyimiz rollar emosional, dublyaj isə real alınırdı.
Ekranda bir çox ciddi xarakterli dramatik rolların öhdəsindən bacarıqla gələn sənətkarın komik rolları da məharətlə səsləndirməsi onun ampluasız aktyor olmasından xəbər verir. Filmlərdə səsləndirdiyi Prokuror (“Xatirələr sahili”), Çingizov (“İstintaq davam edir”), Əli müəllim (“Sehrli xalat”), Murad (“Torpaq. Dəniz. Od. Səma”) və başqa obrazların tipik cəhətləri, fikir və mövqeləri aydın tələffüz və diksiyada dəqiq çatdırılıb, dialoqların psixoloji təhlili, personajın məqsədi düzgün müəyyənləşdirilib.
Görkəmli kinorejissorlardan Əlisəttar Atakişiyev, Tofiq Tağızadə, Rza Təhmasib, Şamil Mahmudbəyov və başqaları çox böyük həvəslə onu filmlərinə dəvət edir, yaratdığı rolun neçənci planlı olmasına baxmayaraq filmlərə uğur gətirəcəyinə əmin idilər. Təsadüfi deyil ki, filmlərində daim güclü aktyor heyəti toplayan görkəmli kinorejissor Hüseyn Seyidzadə çəkdiyi üç filmdə Müxlis Cənizadə yaradıcılığına yer verib, aktyorun bədii qiraət ustası olmasını belə “O olmasın, bu olsun” filmində təsdiqləyib. M.Ə.Sabirin şeirini öz təbirincə, xüsusi avazla deyən aktyor dostlarının düşdüyü vəziyyətin bədii mənzərəsini yaratmaqla film daxilində bir tamaşa göstərir, bizi XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayan gənclərin psixologiyası ilə tanış edir, hadisələrin realist inkişaf etməsinə təkan verir.
Sərvərin dostu (“O olmasın, bu olsun”), Kipiani (“Dəli Kür”) və Nəriman Tağıyev (“Yenilməz batalyon”) obrazları həyatda fərqli mövqe tutan, təfəkkürü, mədəniyyəti ilə dövrünün hadisələrinə (yaxşı mənada) müdaxilə etməyi bacaran maraqlı və xarakterik personajlardır. Obrazların məntiqli traktovkası aktyor yaradıcılığında tam açıldığına, real təqdimata görə filmlərin mövzusu bütün dövrlər üçün aktual səslənir, obrazlar həmsöhbətimizə, müasirimizə çevrilir. O, sənətinə ciddi yanaşmaqla kinoda həyatın özünü görmək istəyib. Yalnız belə olan halda tamaşaçılar real obrazlar, dəqiq xarakterlər görə bilərdilər. Buna görə də sevimli aktyorun “Azərbaycanfilm” kinostudiyasında çəkildiyi 20-dək filmdə yaratdığı Qara (“Bakının işıqları”), Kərim (“Bəxtiyar”), Ənvər müəllim (“Ən vacib müsahibə”), Əsəd (“Əsl dost”), “Kirpi” əməkdaşı (“Kazbek” qutusu”), baş leytenant İbrahimov (“Onu bağışlamaq olarmı?”) və başqa obrazlarına şəxsi keyfiyyətindən, nəcib xüsusiyyətindən pay düşüb. Rollarından da həyat mövqeyini bəyan edən, sağlam düşüncəsindən, insani cəhətlərindən seyrçisinə müsbət enerji ötürən aktyor “İyirmialtılar” filmində tamamilə fərqli - Qoçu obrazını yaradıb. Obrazın iti baxışı, aqressiv xüsusiyyəti, dinamik davranışı aktyorun fərqli yaradıcılıq üslubunu sübut edir, maraqlı təqdimat rolun ciddi, dolğun təzahürünü verir.
Yaradıcılığının ilk günlərindən xalq məhəbbəti qazanan sənətkar 1960-cı ildə respublikanın “Əməkdar artisti” fəxri adını alıb. Həyata və insanlara olan sevgisi sayəsində də müxtəlif xarakterli obrazların öhdəsindən bacarıqla gəlib, milli kinomuzu çoxsaylı seyrçisinə sevdirib.
Yüksək mənəvi cəhətlərini, daxili dünyasını rollarında təlqin edən sevimli aktyor 1972-ci il dekabrın 10-da dünyasını dəyişib. Təkcə sənətdə yox, ən əsası həyatda da müsbət xarakterli insan olduğuna görə hələ də qəlblərdə, yaddaşlarda yaşamaqdadır.
Şəhla Bürcəliyeva, kinoşünas
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib