XƏBƏRLƏR
MƏLUMAT
“Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/03/2026 14:43

Martın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib.

Əzim Əzimzadənin Mənzil Muzeyində keçirilən tədbirdə M.S. Ordubadinin Xatirə Muzeyinin əməkdaşları, “Qeyd Sosial-Maarifləndirmə” İctimai Birliyinin üzvləri, gənclər və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda bildirilib ki, bu tip tədbirlərin keçirilməsi milli dəyərlərin təbliği, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və mədəni irsimizin yaşadılması baxımından böyük əhəmiyyət kəsb edir.

Tədbirdə “Təxəyyül ART” qrupunun üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə şeirlər səsləndirilib, mahnılar ifa olunub, Kosa-Keçəl səhnəcik təqdim ediblər.

 

Baxış sayı: 20