XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Şəhidlər unudulmur” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
16/07/2024 17:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Şəhidlər unudulmur” layihəsi çərçivəsində videoçarx hazırlayıb.   

Videoçarx iyul ayında doğulan Vətən müharibəsi şəhidləri Elçin Tağıyev, Əzizağa Dadaşov, Rəhim Hüseynov, Əbülfəz Rəhmətov, Anar Vəlizadə, Fuad Əlizadə, Qədir Məmişov, İxtiyar Əliyevə həsr olunub.

Videoçarxda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının döyüş yolundan bəhs edilib.

Aşağıdakı keçidə daxil olaraq videoçarxı izləyə bilərsiniz:       

https://www.youtube.com/watch?v=K8zFQ2MuF9g

Baxış sayı: 226