XƏBƏRLƏR
MƏLUMAT
İstanbulda Türk dünyası mədəni irsinin idarə olunması üzrə təcrübə mübadiləsi proqramı reallaşır
ÜMÜMİ XƏBƏRLƏR
25/09/2024 16:49

Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən Türk dünyası mədəni irsinin idarə olunması üzrə təcrübə mübadiləsi proqramı fəaliyyətə başlayıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, sentyabrın 23-dən reallaşan proqram dörd gün müddətində davam edəcək.

Tədbirdə Türk dünyası mədəni irsinin idarə olunması ilə əlaqəli qurumlar iştirak edir. Təcrübə mübadiləsi məqsədilə həyata keçirilən proqrama Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistandan sahə üzrə yüksək ixtisaslı mütəxəssislər qatılıb.

Həmçinin, layihə çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Fatih Bələdiyyəsi, İstanbul Ticarət Universiteti və Türk Dünyası Fondu tərəfdaş qismində yer alırlar.

 

Baxış sayı: 4149