XƏBƏRLƏR
MƏLUMAT
Ənənəvi "Trayfl" deserti
ÜMÜMİ XƏBƏRLƏR
25/12/2020 05:43

İngilis mətbəxinə aid olan ənənəvi trayfl - bütün layları görünsün deyə şəffaf qabda hazırlanan desertdir. 

Trayflın ilk resepti 1596-cı ilə aiddir. Belə ki, qatı krem, şəkər tozu, imbir və çəhrayı sudan ibarətdir. Resept 60 il sonra açıqlandı ki, bu zaman ona yumurta əlavə edilib. Spirtin xəmirə əlavə edilməsi də bu zaman məlum olub. 1747-ci ildə isə trayfla jelenin də əlavə edilməsi məlum olub. İngilislərə görə trayfl Şotlandiyada və ABŞ da geniş yayılıb.Həmçinin reseptin bir neçə fərqlilikləri də mövcuddur.

Trayflın keks layına alkoqollu içki hopdurulmalıdır. Amma başqa ətirli şərbətlə (meyvə şirəsi ilə) də əvəz etmək olar. Möhtəşəm dad olan “Trayfl" desertinin reseptini təqdim edirik.

Tərkibi:

500 q şokoladlı keks

0,5 st. kirş, yaxud digər likör (biskvitə hopdurmaq üçün, meyvə şirəsi ilə əvəzləyə bilərsiz)

600 q çalınmış qaymaq

600 q bişmiş krem

300 q gilas

300 q nektarin (şaftalı)

300 q ərik

Hazırlanması:

Gilası təmizləyin (orijinal reseptdə üzərinə alkoqol tökülməlidir, limonlu şirə ilə əvəzləyə bilərsiniz). Ərik və nektarinləri ortadan bölüb dənəsini çıxarın, səliqəylə dilimləyin. Keksi tərəfi 2 sm olan kubiklərə doğrayın. Vazanın dibinə keks kubiklərinin yarısını döşəyin. Gilası içində saxladığınız şərbəti üzərinə gəzdirin. 

Daha sonar çalınmış qaymaq çəkib, ərik dilimlərini düzün. Bişmiş krem çəkib, nektarinləri düzün. Çalınmış qaymaq çəkin. Trayflın üst qatına gilası düzün. 

Soyuducuda 2-3 saat saxlayın. 

Nuş olsun!

Baxış sayı: 1635