XƏBƏRLƏR
MƏLUMAT
Dahi alman bəstəkarı Robert Şuman
ÜMÜMİ XƏBƏRLƏR
08/06/2021 02:52

Alman bəstəkarı və musiqi tənqidçisi Robert Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi məşhurdur. Robert Şuman 1810-cu ildə anadan olub.

Robert Şumanın “musiqi ilə şəkil çəkmək” kimi qeyri-adi istedadı olub. Uşaq yaşlarında  royalın dilləri ilə bu və ya digər tanışını təsvir edərək dostlarını şənləndirərmiş. Elə oxşadarmış ki, hətta musiqi duyumu zəif olan uşaqlar da dərhal çalınan melodiyada konkret insanın obrazını görərmişlər. 

Gələcək bəstəkar anasının təkidi ilə (Robert atasını tez itirib) Leypsiq Universitetinin  hüquq fakültəsinə daxil olub. Lakin hüquq kitabları üzərində baş sındırmaq əvəzinə musiqi aləminə baş vurub. O, dövrünün ən yaxşı fortepiano müəllimi Fridrix Vikdən dərs almağa başlayıb.

O, 1834-1835-ci illərdə “Karnaval” fortepiano silsiləsini yazıb. Bu əsərdə özünü tamamilə püxtələşmiş bəstəkar kimi göstərib.

1840-cı ildə bəstəkar bir sıra mahnılar, o cümlədən Şamissonun sözlərinə “Qadın məhəbbəti və həyatı” və Heynenin sözlərinə “Şairin məhəbbəti” kimi şedevr əsərlər, habelə bir neçə iri həcmli əsər yaradıb.

1843-cü ildə  müəllifin dirijorluğu ilə ilk dəfə ifa olunan “Ray və Peri” oratoriyası böyük müvəffəqiyyət qazanıb.

O, müəllimi F.Vik  və bəzi digər musiqiçilərlə birlikdə “Yeni musiqi qəzeti” təsis edib, 10 il ərzində bu qəzetin  həm redaktoru, həm də tənqidi məqalələrin müəllifi olub.

1844-cü ildə Şuman həkimlərin məsləhəti ilə Drezdenə köçüb.

Drezdenə qayıdan bəstəkar yeni-yeni əsərlər yaratmağa davam edib. Lakin vaxtsız ölüm əsərlərinin davamının yazılmasına imkan vermir.

Bəstəkar R.Şuman 1856-cı il iyulun 29-da Bonn şəhərinin yaxınlığında, Endenihada vəfat edib.

Bəstəkarın özündən sonra qoyub getdiyi fortepiano üçün “Kəpənəklər”, “Karnaval”, “Fantastik pyeslər”, “Novellettalar”, “Simfonik etüdlər” kimi fortepiano üçün silsilə əsərlərin, 4 simfoniyanın, fortepiano, skripka və violonçel üçün konsertlərin, təqribən 120 vokal ansamblın, 200-dən yuxarı mahnı və romansın və çoxlu sayda başqa əsərlərin adlarını sadalamaq olar.

Baxış sayı: 1457