
Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir, dramaturq, klassik hekayə ustadı, uzunömürlü kino–ssenarilər müəllifi, orijinal tərcüməçi kimi daxil olub. Ötən əsrin 30-cu illərində ədəbiyyata gələn yazıçı, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoyub. Ənvər Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə əbədi ictimaiyyətin xüsusi marağına səbəb olub, özünəməxsus yaradıcılıq yolu keçib.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasından 112 il ötür.
Tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda Sənaye Texnikumunda təhsil alıb. Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib. Eyni zamanda, Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb.
“Azərnəşr”in bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, “Azərbaycanfilm” kinostudiyasında rəis, İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilib. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olub. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub.
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Onun II Dünya müharibəsi illərində qələmə aldığı hekayələrdə o dövr publisistikamızda olduğu kimi, zamanın, günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapıb. Ədibin üslubunda təmkinli hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edib: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulub. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.
Xalq yazıçısı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba, Türkiyə, İspaniyada keçmiş sovet nümayəndə heyətinin tərkibində səfərdə olub. İki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək bayrağı" və digər ordenlər, eləcə də döyüş medalları ilə təltif olunub.
Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
- 17:31 Filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslının 65 illik yubileyi qeyd olunub
- 16:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 15:30 Mədəniyyət naziri Adil Kərimli Qəbələdə vətəndaşların müraciətlərini dinləyib
- 14:37 Azərbaycan milli geyimləri Ankarada nümayiş olunub
- 14:21 IX Muğam” Televiziya Müsabiqəsi başlayır
- 14:20 Bu gün Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasından 112 il ötür
- 13:09 “Gender və mədəniyyət ” mövzusunda dəyirmi masa keçirilib
- 12:02 YARAT Müasir İncəsənət Məkanında “Mən və Nuhun gəmisi, mən və dünya tufanı” adlı sərgi açılıb
- 11:57 Zirə qəsəbə Mədəniyyət Mərkəzində görüş keçirilib
- 11:00 “Üzeyir Hacıbəylinin milli məqam sistemi gənc musiqiçilərin tədris repertuarında” müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 09:52 Mədəni mülkiyyətin qanunsuz dövriyyəsinə həsr olunmuş dəyirmi masa keçirilib
- 09:38 Bu gün Xalq artisti Mustafa Mərdanovun anadan olmasının 131 ili tamam olur
- 15:41 Özbəkistanda “Şərq vəhdəti: Mirzə Qədim İrəvani və özbək ornamentləri” adlı rəsm müsabiqəsi keçiriləcək
- 14:40 Yeni layihə - “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri”
- 12:23 "Vətənimizin qəhrəmanları” adlı tədbir keçirilib
- 11:42 Dövlət Teatr Muzeyində “Nabat” bədii filmi nümayiş olunub
- 11:11 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:56 “Bəşəriyyətin faciəsi” adlı tədbir keçirilib
- 10:45 Yasamal rayon Heydər Əliyev Mərkəzində “Dolu” tammetrajlı bədii filmi nümayiş olunub
- 10:03 “Əli və Nino” əsəri Ukrayna dilində çap edilib
- 09:37 Xətai Sənət Mərkəzində dörd rəssamın əsəri nümayiş olunacaq
- 09:35 Bu gün Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 124 ili tamam olur
- 16:47 “Xocalı-qan yaddaşımız” adlı tədbir keçirilib
- 16:28 Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tamaşa təqdim edilib
- 15:46 “Tarixə baxış” adlı tədbir keçirilib
- 15:22 Mədəniyyət naziri Adil Kərimli Neftçalada vətəndaşları qəbul edəcək
- 15:14 “Xocalı: Tarixi həqiqət və ədalət” adlı dəyirmi masa keçirilib
- 14:51 “Xocalı faciəsi - tarixin qan yaddaşı” mövzusunda dəyirmi masa keçirilib
- 14:48 “Xocalı: Xalqımızın sağalmaz yarası” adlı tədbir keçirilib
- 14:31 Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
- 14:10 "Tarixin qanlı faciəsi-Xocalı" adlı tədbir keçirilib
- 14:03 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
- 13:41 Milli Kitabxanada “Xocalı - XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisi açılıb
- 12:02 Xocalı faciəsindən bəhs edən “Unutmadıq” adlı tamaşa nümayiş olunub
- 11:31 Gənclər Kitabxanasında Xocalı soyqırımı ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 11:20 “Əsirlikdə 8 gün” bədii filmi təqdim olunub
- 11:12 “Xocalı-yeni tarixi izlərlə” adlı sərgi-tədbir keçirilib
- 10:41 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbində “Xocalıya qayıdış” adlı tədbir keçirilib
- 10:29 Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara göndərilməsi aksiyası keçirilib
- 10:17 Binəqədi Mərkəzi Mədəniyyət evində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
- 10:13 Musiqi Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
- 10:00 “Unudulmaz fəryadın çiçəklənən baharı-Xocalı!” adlı tədbir keçirilib
- 09:45 Xocalı soyqırımından 33 il ötür
- 09:40 Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
- 09:37 Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:41 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 14:53 "Mən Xocalıyam" adlı tədbir keçirilib
- 14:48 “Xocalı-yeni tarixi izlərlə”adlı sərgi təşkil olunub
- 14:13 Bu gün ilk peşəkar teatr rəssamı Rüstəm Mustafayevin anadan olmasının 115 ili tamam olur
- 14:08 Azərbaycanlı rəssamın əsərləri dünyanın nüfuzlu jurnallarında çap olunub
- 11:49 Bu gün Xalq artisti Əlibaba Məmmədovun anım günüdür
- 11:37 “Qarınqulu ayı balası” Tümen vilayətində
- 10:49 Milli Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi hazırlanıb
- 09:36 Bu gün Novruzun ilk - Su çərşənbəsidir
- 09:34 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçiriləcək
- 09:15 Daşkənddə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub
- 16:25 Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib
- 15:04 Bu gün Əməkdar incəsənət xadimi Tariyel Vəliyevin anadan olmasının 81 ili tamam olur
- 14:42 “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda açıq dərs keçirilib
- 12:57 “Ana dilimiz -kimliyimizin səsi” adlı dəyirmi masa keçirilib