XƏBƏRLƏR
MƏLUMAT
Bu gün ilk peşəkar teatr rəssamı Rüstəm Mustafayevin anadan olmasının 115 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
25/02/2025 14:13

Bu gün ilk peşəkar teatr rəssamı Rüstəm Mustafayevin anadan olmasının 115 ili tamam olur.

Rəssam “1905-ci ildə”, “Od gəlini”, “Ölülər”, “Şeyx Sənan” kimi əsərlərə bədii tərtibat verib. Onun “Şah İsmayıl”, “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Koroğlu” kimi operalara verdiyi tərtibat Üzeyir Hacıbəyli tərəfindən yüksək qiymətləndirilib. O, Miniatür sənətimizi, milli memarlığımızı öyrənərək müxtəlif sərgilərin tərtibatı ilə məşğul olub, qrafika, plakat rəssamlığı sahəsində uğurlar qazanıb. Rüstəm Mustafayev həm də istedadlı kitab qrafikaçısı olub. Azərbaycan aşıqlarının şeirlərindən ibarət “Aşığın səsi” kitabının bədii tərtibatı ona məxsusdur. Rəssam Nizami adına Ədəbiyyat Muzeyinin bədii tərtibatının müəlliflərindən biridir. Onun orta əsrlərə aid bir neçə Azərbaycan tarixi memarlıq abidəsinin, Şəki Xan sarayının elmi bərpası sahəsində mühüm xidmətləri olub. Müxtəlif mükafatlara, fəxri fərmanlara, eləcə də “Şərəf nişanı” ordeninə layiq görülən R.Mustafayev 1940-cı ildə vəfat edib. Rəssamın adı Azərbaycan Dövlət İncəsənət Muzeyinə verilərək əbədiləşdirilib.

 

Baxış sayı: 36