XƏBƏRLƏR
MƏLUMAT
Xətai Sənət Mərkəzində dörd rəssamın əsəri nümayiş olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2025 09:37

Martın 3-də Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin sərgisi açılacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd təsviri sənət həvəskarlarına təbiətin canlı rənglərini göstərməkdir.

Sərgidə İttifaqının üzvləri - Əbdüləmi Əliyev, Süleyman Hüseynov, Əmrah Mədətov və Sabbar Manafovun yağlı boya və akvarel texnikalarında ümumilikdə 60-a yaxın etüd əsərləri yer alacaq.

Sərgi martın 5-dək davam edəcək. Giriş sərbəstdir.

Baxış sayı: 35