XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
25/02/2025 10:49

Milli Kitabxanada Azərbaycan xalqının tarixində və yaddaşında heç vaxt silinməyəcək və Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “26 fevral - Xocalı soyqırımı” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə erməni faşizminin törətdiyi Xocalı qətliamı, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, ağlasığmaz qəddarlıqla törədilmiş dəhşətli faciələr haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, ermənilərin Azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti, Xocalı soyqırımının dəhşətli məqamları haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Xocali_soyqirimi/index.htm linkindən istifadə edə bilərlər.

 

Baxış sayı: 39