
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsinə həsr edilən silsilə materiallar – biblioqrafik icmal, tanıtım çarxları, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik icmalda ölkəmizdə Xocalı soyqırımına dair imzalanan rəsmi sənədlərin tam mətni, “Xocalı indi kədərin yox, Zəfərin rəmzidir!” başlığı altında özündə faciənin tarixi, Azərbaycan xalqının yaddaşında buraxdığı silinməz izlər və sağalmaz yaralar, erməni terrorizminin ən dəhşətli siması, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlər, 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük lokal antiterror tədbirləri nəticəsində əldə edilən tarixi ədalət – Şanlı Qələbə, Xocalı şəhərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verilir. Biblioqrafik icmalda “Əsir Xocalı”, “Onlar heç vaxt böyüməyəcək”, “Tarixi saxtalaşdırmaq cinayətdir”, “Xocalı qətliamı : erməni qəsbkarlığının qanlı fəsadları”, “Ölümdən o yandakı Xocalı” kimi Azərbaycan, türk, ingilis, rus və digər dillərdə nəşr edilən 50-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat nümunələri sərgilənir.
Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/ multimedia/tarixin-unudulmayan-xocali-izi “Tarixin unudulmayan Xocalı izi” adlı virtual sərgidə Xocalı soyqırımı hadisələrinin xronologiyası, tarixi, acı nəticələri haqqında məlumatlarla yanaşı Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Xocalı soyqırımı mövzusunda olan tarixi çıxışlarının videogörüntüləri təqdim edilir, son illərdə Xocalı faciəsi mövzusunda qələmə alınan “Solmayan nərgiz”, “Xocalı şikəstəsi”, “Koramal”, “Ümidlərin izi ilə”, “Mələklərin soyqırımı” kimi bədii əsərlərin qısa annotasiyası haqda məlumat verilir.
Bundan əlavə Respublika Gənclər Kitabxanasının sosial platformalarında “Xocalı soyqırımı bədii ədəbiyyatda” başlığı altında faciəyə həsr olunan ədəbiyyat nümunələrinin tanıtım çarxları paylaşılır. Kitabxana əməkdaşları tərəfindən Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyevin müəllifi olduğu Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımı nəticəsində yarımçıq qalan sevgi hekayəsi və qəhrəmanlıq dolu həyatından bəhs edən “Qırmızı ləçəklər” kitabının tanıtım çarxı hazırlanaraq istifadəçilərə təqdim edilib. Respublika Gənclər Kitabxanası tərəfindən “Xocalı soyqırımı bədii ədəbiyyatda” başlığı altında daha bir neçə kitabın tanıtım çarxının hazırlanması nəzərdə tutulur.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar hazırlanan biblioqrafik icmal kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirlib.
- 16:47 “Xocalı-qan yaddaşımız” adlı tədbir keçirilib
- 16:28 Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tamaşa təqdim edilib
- 15:46 “Tarixə baxış” adlı tədbir keçirilib
- 15:22 Mədəniyyət naziri Adil Kərimli Neftçalada vətəndaşları qəbul edəcək
- 15:14 “Xocalı: Tarixi həqiqət və ədalət” adlı dəyirmi masa keçirilib
- 14:51 “Xocalı faciəsi - tarixin qan yaddaşı” mövzusunda dəyirmi masa keçirilib
- 14:48 “Xocalı: Xalqımızın sağalmaz yarası” adlı tədbir keçirilib
- 14:31 Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
- 14:10 "Tarixin qanlı faciəsi-Xocalı" adlı tədbir keçirilib
- 14:03 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
- 13:41 Milli Kitabxanada “Xocalı - XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisi açılıb
- 12:02 Xocalı faciəsindən bəhs edən “Unutmadıq” adlı tamaşa nümayiş olunub
- 11:31 Gənclər Kitabxanasında Xocalı soyqırımı ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 11:20 “Əsirlikdə 8 gün” bədii filmi təqdim olunub
- 11:12 “Xocalı-yeni tarixi izlərlə” adlı sərgi-tədbir keçirilib
- 10:41 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbində “Xocalıya qayıdış” adlı tədbir keçirilib
- 10:29 Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara göndərilməsi aksiyası keçirilib
- 10:17 Binəqədi Mərkəzi Mədəniyyət evində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
- 10:13 Musiqi Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
- 10:00 “Unudulmaz fəryadın çiçəklənən baharı-Xocalı!” adlı tədbir keçirilib
- 09:45 Xocalı soyqırımından 33 il ötür
- 09:40 Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
- 09:37 Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:41 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 14:53 "Mən Xocalıyam" adlı tədbir keçirilib
- 14:48 “Xocalı-yeni tarixi izlərlə”adlı sərgi təşkil olunub
- 14:13 Bu gün ilk peşəkar teatr rəssamı Rüstəm Mustafayevin anadan olmasının 115 ili tamam olur
- 14:08 Azərbaycanlı rəssamın əsərləri dünyanın nüfuzlu jurnallarında çap olunub
- 11:49 Bu gün Xalq artisti Əlibaba Məmmədovun anım günüdür
- 11:37 “Qarınqulu ayı balası” Tümen vilayətində
- 10:49 Milli Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi hazırlanıb
- 09:36 Bu gün Novruzun ilk - Su çərşənbəsidir
- 09:34 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçiriləcək
- 09:15 Daşkənddə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub
- 16:25 Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib
- 15:04 Bu gün Əməkdar incəsənət xadimi Tariyel Vəliyevin anadan olmasının 81 ili tamam olur
- 14:42 “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda açıq dərs keçirilib
- 12:57 “Ana dilimiz -kimliyimizin səsi” adlı dəyirmi masa keçirilib
- 12:20 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:51 Azərbaycanın kitabxana fondlarında mühafizə olunan özbək bədii ədəbiyyatına dair biblioqrafiya nəşr edilib
- 11:35 Xalq rəssamı Oqtay Sadıqzadənin anadan olmasının 104 ili tamam olur
- 11:16 Bu gün tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 161 ili tamam olur
- 11:11 Bu gün Əməkdar incəsənət xadimi Abdulla Şaiqin anadan olmasının 144 ili tamam olur
- 17:53 Mədəniyyət müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün seminar təşkil edilib
- 14:55 Özbəkistan Milli Kitabxanasına Azərbaycana aid çoxsaylı kitablar hədiyyə edilib
- 14:49 Dövlət Akademik Filarmoniyasında “W.A.Mozart - Nadir klassik musiqi axşamı” adlı konsert olub
- 14:13 Azərbaycan filmi növbəti dəfə Avropa film festivalının finalçısı olub
- 14:12 Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:07 “Rəşid bəy və Səadət xanım” kitabı çapdan çıxıb
- 11:43 “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub
- 09:39 “Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında (1920-1990)” monoqrafiyası nəşr edilib
- 09:38 Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
- 09:35 Küveytdə keçirilən tədbirdə Azərbaycan da təmsil olunub
- 17:17 “Mamagama” Azərbaycanı “Avroviziya 2025”də “Run with U” mahnısı ilə təmsil edəcək
- 16:38 Beynəlxalq Muğam Mərkəzində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib
- 16:35 Azərbaycan-Macarıstan mədəni əməkdaşlığı müzakirə olunub
- 15:27 Praqada “İki gözəllik harmoniyası Azərbaycan xalçası və Çex kristalı” sərgisi açılıb
- 15:24 Gənclər Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi davam edir
- 14:28 Xalq yazıçısı Anar haqqında kitab işıq üzü görüb
- 12:08 Bu gün tanınmış tarzən Məmmədağa Muradovun doğum günüdür