XƏBƏRLƏR
MƏLUMAT
Xocalı faciəsindən bəhs edən “Unutmadıq” adlı tamaşa nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 12:02

Səməd Vurğunun ev-muzeyində “Günay” Uşaq və Gənclər Teatrının təqdimatında tanınmış şairə, publisist Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında “Unutmadıq” adlı tamaşa təqdim olunub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tamaşa Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tamaşanın ssenari müəllifi və rejissoru teatrın bədii rəhbəri Larisa Tarusovadır.

Sonda Xalq şairləri Məmməd Arazın “Vətən”, Nəbi Xəzrinin “Azərbaycan” şeirləri səsləndirilib.

Baxış sayı: 62