XƏBƏRLƏR
MƏLUMAT
“Ana dilimiz -kimliyimizin səsi” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/02/2025 12:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Ana dilimiz- kimliyimizin səsi” adlı dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, ziyalılar, elm adamları və rayon müəssisələrinin əməkdaşları iştirak ediblər.

İlk öncə Beynəlxalq Ana Dili Günü ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə qeyd olunub ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

Baxış sayı: 53