XƏBƏRLƏR
MƏLUMAT
“Xocalı-qan yaddaşımız” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 16:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına Onbirillik Musiqi Məktəbində “Xocalı-qan yaddaşımız” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra  Xocalı soyqırımının bəşər tarixində ən ağır faciələrdən biri olduğu bildirilib, soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması sahəsində aparılan genişmiqyaslı işlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını qaldırdığını, Xocalı faciəsi qurbanlarının qisasının döyüş meydanında alındığı vurğulanıb.

Tədbirdə məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlərlə çıxış ediblər.

 

Baxış sayı: 54