XƏBƏRLƏR
MƏLUMAT
Yeni layihə - “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri”
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2025 14:40

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlayır.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunan layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və praktiki biliklər qazandırmaqdan ibarətdir. Layihə çərçivəsində uzunmüddətli və peşəkar fəaliyyətləri ilə seçilən, həmçinin mədəniyyət jurnalistikasının inkişafına töhfə verən jurnalistlərin iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır.

“Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı layihənin ilk seminarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə martın 4-də “Trend” Beynəlxalq İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri, “Tərəqqi” medalı ilə təltif edilən jurnalist Vüqar İmanovun iştirakı ilə həmin muzeydə təşkil olunacaq.

Baxış sayı: 38