
Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə başlanan I Qarabağ müharibəsi (1991–1994) zamanı Ermənistan tərəfindən Şərqi Zəngəzur və Qarabağ işğal edilərək dağıdılmış, Azərbaycan xalqına qarşı ən ağır beynəlxalq cinayətlər törədilmişdir.
1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayəti münaqişənin ən qanlı səhifəsidir.
Belə ki, erməni silahlı birləşmələri tərəfindən aylarla blokada şəraitində saxlanılaraq, ərzaq, elektrik enerjisi və bütün kənar yardımlardan məhrum edilən 2500-ə yaxın Xocalı sakini düşmənin çoxsaylı təhdidlərinə baxmayaraq, şəhəri tərk etməkdən imtina etmişdi. Fevralın 25-dən 26-na keçən gecə davamlı artilleriya atəşindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə şəhərə hücum edərək, mülki əhaliyə misli görünməmiş vəhşiliklə divan tutmuşlar. Həmin qətliam nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalmışdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilmişdir.
Ermənistanın bütün cəhdlərinə, xüsusilə də o dövrdə yaratdığı informasiya blokadasına baxmayaraq, cinayətin miqyası və ağırlığı dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatlarının hesabatlarında işıqlandırılmışdı. Yerli və xarici jurnalistlərin faciədən sonra Xocalı şəhəri və ətraf ərazilərdən topladıqları foto və video materiallar, o cümlədən şahid ifadələri hadisənin bütün dəhşətlərini açıq-aşkar göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə məsələ ilə bağlı çıxardığı yekun qərarda Xocalıda törədilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmişdir.
Ermənistanın Xocalını işğal etmək planı hərbi məqsədlərlə məhdudlaşmır, eyni zamanda həmin ərazilərdəki Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni izləri silmək, mədəni irsi məhv etmək və saxtalaşdırmaq niyyəti güdürdü.
Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti institutları, xüsusən, Heydər Əliyev Fondu Xocalı soyqırımının unudulmaması və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əzmlə fəaliyyət göstərmişlər. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı məlumatlılıq artırılmış, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilmiş, kitab və məqalələr dərc edilmişdir.
Həmin kampaniya sayəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-nin 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanımış və pisləmişdir. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.
2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı.
İşğaldan azad edilmiş bütün ərazilərdə hazırda sürətli bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi davam etməkdədir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılsın.
2. Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 479 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.29-cu yarımbəndində göstərilmiş məbləğin 18,3 milyon (on səkkiz milyon üç yüz min) manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Soyqırımı Memorial Kompleksinin yaradılması məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral 2025-ci il
- 16:47 “Xocalı-qan yaddaşımız” adlı tədbir keçirilib
- 16:28 Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tamaşa təqdim edilib
- 15:46 “Tarixə baxış” adlı tədbir keçirilib
- 15:22 Mədəniyyət naziri Adil Kərimli Neftçalada vətəndaşları qəbul edəcək
- 15:14 “Xocalı: Tarixi həqiqət və ədalət” adlı dəyirmi masa keçirilib
- 14:51 “Xocalı faciəsi - tarixin qan yaddaşı” mövzusunda dəyirmi masa keçirilib
- 14:48 “Xocalı: Xalqımızın sağalmaz yarası” adlı tədbir keçirilib
- 14:31 Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
- 14:10 "Tarixin qanlı faciəsi-Xocalı" adlı tədbir keçirilib
- 14:03 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
- 13:41 Milli Kitabxanada “Xocalı - XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisi açılıb
- 12:02 Xocalı faciəsindən bəhs edən “Unutmadıq” adlı tamaşa nümayiş olunub
- 11:31 Gənclər Kitabxanasında Xocalı soyqırımı ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 11:20 “Əsirlikdə 8 gün” bədii filmi təqdim olunub
- 11:12 “Xocalı-yeni tarixi izlərlə” adlı sərgi-tədbir keçirilib
- 10:41 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbində “Xocalıya qayıdış” adlı tədbir keçirilib
- 10:29 Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara göndərilməsi aksiyası keçirilib
- 10:17 Binəqədi Mərkəzi Mədəniyyət evində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
- 10:13 Musiqi Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
- 10:00 “Unudulmaz fəryadın çiçəklənən baharı-Xocalı!” adlı tədbir keçirilib
- 09:45 Xocalı soyqırımından 33 il ötür
- 09:40 Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
- 09:37 Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:41 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 14:53 "Mən Xocalıyam" adlı tədbir keçirilib
- 14:48 “Xocalı-yeni tarixi izlərlə”adlı sərgi təşkil olunub
- 14:13 Bu gün ilk peşəkar teatr rəssamı Rüstəm Mustafayevin anadan olmasının 115 ili tamam olur
- 14:08 Azərbaycanlı rəssamın əsərləri dünyanın nüfuzlu jurnallarında çap olunub
- 11:49 Bu gün Xalq artisti Əlibaba Məmmədovun anım günüdür
- 11:37 “Qarınqulu ayı balası” Tümen vilayətində
- 10:49 Milli Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi hazırlanıb
- 09:36 Bu gün Novruzun ilk - Su çərşənbəsidir
- 09:34 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçiriləcək
- 09:15 Daşkənddə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub
- 16:25 Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib
- 15:04 Bu gün Əməkdar incəsənət xadimi Tariyel Vəliyevin anadan olmasının 81 ili tamam olur
- 14:42 “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda açıq dərs keçirilib
- 12:57 “Ana dilimiz -kimliyimizin səsi” adlı dəyirmi masa keçirilib
- 12:20 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:51 Azərbaycanın kitabxana fondlarında mühafizə olunan özbək bədii ədəbiyyatına dair biblioqrafiya nəşr edilib
- 11:35 Xalq rəssamı Oqtay Sadıqzadənin anadan olmasının 104 ili tamam olur
- 11:16 Bu gün tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 161 ili tamam olur
- 11:11 Bu gün Əməkdar incəsənət xadimi Abdulla Şaiqin anadan olmasının 144 ili tamam olur
- 17:53 Mədəniyyət müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün seminar təşkil edilib
- 14:55 Özbəkistan Milli Kitabxanasına Azərbaycana aid çoxsaylı kitablar hədiyyə edilib
- 14:49 Dövlət Akademik Filarmoniyasında “W.A.Mozart - Nadir klassik musiqi axşamı” adlı konsert olub
- 14:13 Azərbaycan filmi növbəti dəfə Avropa film festivalının finalçısı olub
- 14:12 Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:07 “Rəşid bəy və Səadət xanım” kitabı çapdan çıxıb
- 11:43 “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub
- 09:39 “Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında (1920-1990)” monoqrafiyası nəşr edilib
- 09:38 Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
- 09:35 Küveytdə keçirilən tədbirdə Azərbaycan da təmsil olunub
- 17:17 “Mamagama” Azərbaycanı “Avroviziya 2025”də “Run with U” mahnısı ilə təmsil edəcək
- 16:38 Beynəlxalq Muğam Mərkəzində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib
- 16:35 Azərbaycan-Macarıstan mədəni əməkdaşlığı müzakirə olunub
- 15:27 Praqada “İki gözəllik harmoniyası Azərbaycan xalçası və Çex kristalı” sərgisi açılıb
- 15:24 Gənclər Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi davam edir
- 14:28 Xalq yazıçısı Anar haqqında kitab işıq üzü görüb
- 12:08 Bu gün tanınmış tarzən Məmmədağa Muradovun doğum günüdür