
Fevralın 26-da Milli Kitabxanada Xocalı soyqırımının otuz üçüncü ildönümü ilə əlaqədar “Xocalı - XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən fəlakətli, ən dəhşətli və acınacaqlı səhifələrindən biridir. Ermənilərin törətdiyi Xocalı soyqırımı bir tərəfdən hərbi cinayətdirsə, digər tərəfdən dinc əhaliyə qarşı törədilmiş kütləvi terror aktıdır. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Milli Kitabxana hər ildönümü ərəfəsində əyani tədbirlər, geniş kitab sərgiləri, elektron məlumat bazası və virtual sərgilər, eləcə də kitab təqdimatları keçirir.
Dövlətimizin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində apardığı geniş miqyaslı işləri xüsusi qeyd edən direktor müavini Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan Xocalı soyqırımımın 33 illiyinə həsr edilmiş elektron məlumat bazası haqqında məlumat verib.
Qeyd edilib ki, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı elektron məlumat bazası “Rəsmi sənədlər”; “Xocalı rayonu”, “Xocalının Milli qəhrəmanları”, “Soyqırımı haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Xocali-soyqirimi/index.html linkindən istifadə edə bilərlər.
“Xocalı - XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisində isə Xocalı soyqırımı, erməni qəsbkarlığının qanlı fəsadları, Xocalı yaşayış məntəqəsində törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, Xocalıda şəhid olmuş və eləcə də ermənilər tərəfindən əsir götürülmüş, itkin düşmüş şəxslər barədə, Xocalı sakinlərinin taleyindən, erməni vandalizmindən bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.



- 16:47 “Xocalı-qan yaddaşımız” adlı tədbir keçirilib
- 16:28 Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tamaşa təqdim edilib
- 15:46 “Tarixə baxış” adlı tədbir keçirilib
- 15:22 Mədəniyyət naziri Adil Kərimli Neftçalada vətəndaşları qəbul edəcək
- 15:14 “Xocalı: Tarixi həqiqət və ədalət” adlı dəyirmi masa keçirilib
- 14:51 “Xocalı faciəsi - tarixin qan yaddaşı” mövzusunda dəyirmi masa keçirilib
- 14:48 “Xocalı: Xalqımızın sağalmaz yarası” adlı tədbir keçirilib
- 14:31 Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
- 14:10 "Tarixin qanlı faciəsi-Xocalı" adlı tədbir keçirilib
- 14:03 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
- 13:41 Milli Kitabxanada “Xocalı - XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisi açılıb
- 12:02 Xocalı faciəsindən bəhs edən “Unutmadıq” adlı tamaşa nümayiş olunub
- 11:31 Gənclər Kitabxanasında Xocalı soyqırımı ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 11:20 “Əsirlikdə 8 gün” bədii filmi təqdim olunub
- 11:12 “Xocalı-yeni tarixi izlərlə” adlı sərgi-tədbir keçirilib
- 10:41 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbində “Xocalıya qayıdış” adlı tədbir keçirilib
- 10:29 Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara göndərilməsi aksiyası keçirilib
- 10:17 Binəqədi Mərkəzi Mədəniyyət evində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
- 10:13 Musiqi Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
- 10:00 “Unudulmaz fəryadın çiçəklənən baharı-Xocalı!” adlı tədbir keçirilib
- 09:45 Xocalı soyqırımından 33 il ötür
- 09:40 Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
- 09:37 Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:41 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 14:53 "Mən Xocalıyam" adlı tədbir keçirilib
- 14:48 “Xocalı-yeni tarixi izlərlə”adlı sərgi təşkil olunub
- 14:13 Bu gün ilk peşəkar teatr rəssamı Rüstəm Mustafayevin anadan olmasının 115 ili tamam olur
- 14:08 Azərbaycanlı rəssamın əsərləri dünyanın nüfuzlu jurnallarında çap olunub
- 11:49 Bu gün Xalq artisti Əlibaba Məmmədovun anım günüdür
- 11:37 “Qarınqulu ayı balası” Tümen vilayətində
- 10:49 Milli Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi hazırlanıb
- 09:36 Bu gün Novruzun ilk - Su çərşənbəsidir
- 09:34 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı keçiriləcək
- 09:15 Daşkənddə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub
- 16:25 Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib
- 15:04 Bu gün Əməkdar incəsənət xadimi Tariyel Vəliyevin anadan olmasının 81 ili tamam olur
- 14:42 “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda açıq dərs keçirilib
- 12:57 “Ana dilimiz -kimliyimizin səsi” adlı dəyirmi masa keçirilib
- 12:20 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:51 Azərbaycanın kitabxana fondlarında mühafizə olunan özbək bədii ədəbiyyatına dair biblioqrafiya nəşr edilib
- 11:35 Xalq rəssamı Oqtay Sadıqzadənin anadan olmasının 104 ili tamam olur
- 11:16 Bu gün tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 161 ili tamam olur
- 11:11 Bu gün Əməkdar incəsənət xadimi Abdulla Şaiqin anadan olmasının 144 ili tamam olur
- 17:53 Mədəniyyət müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün seminar təşkil edilib
- 14:55 Özbəkistan Milli Kitabxanasına Azərbaycana aid çoxsaylı kitablar hədiyyə edilib
- 14:49 Dövlət Akademik Filarmoniyasında “W.A.Mozart - Nadir klassik musiqi axşamı” adlı konsert olub
- 14:13 Azərbaycan filmi növbəti dəfə Avropa film festivalının finalçısı olub
- 14:12 Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:07 “Rəşid bəy və Səadət xanım” kitabı çapdan çıxıb
- 11:43 “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub
- 09:39 “Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında (1920-1990)” monoqrafiyası nəşr edilib
- 09:38 Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
- 09:35 Küveytdə keçirilən tədbirdə Azərbaycan da təmsil olunub
- 17:17 “Mamagama” Azərbaycanı “Avroviziya 2025”də “Run with U” mahnısı ilə təmsil edəcək
- 16:38 Beynəlxalq Muğam Mərkəzində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib
- 16:35 Azərbaycan-Macarıstan mədəni əməkdaşlığı müzakirə olunub
- 15:27 Praqada “İki gözəllik harmoniyası Azərbaycan xalçası və Çex kristalı” sərgisi açılıb
- 15:24 Gənclər Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi davam edir
- 14:28 Xalq yazıçısı Anar haqqında kitab işıq üzü görüb
- 12:08 Bu gün tanınmış tarzən Məmmədağa Muradovun doğum günüdür